Tanışlıq saytlarında şıdırğı insan alveri gedir - FAKT
Bakıdakı “Ağ Otel” fahişə yuvasına çevrilib
14 Noyabr 2012 17:40 ProblemÖlkədə insan alverinə qarşı mübarizə tədbirləri davam etdirilir. Demək olar ki. hər gün mətbuatda hansısa bir obyektdə, kafe və restoranlarda əxlaqsızlıq yuvalarının aşkarlanması ilə bağlı məlumatlar yayılır. Filan rayonda kafedə əxlaqsızlıq yuvası aşkarlandı, bir neçə nəfər məsuliyyətə cəlb edildi və sair. Amma, görülən tədbirlər bu problemin həllinə gətirib çıxarmır. Çünki, əxlaqsızlıq edənlər təkcə kafe və restoranlarda deyil. Bir neçə obyektdə bu cür əxlaqsızlıqlar var. Azərbaycanda sosial şəbəkələrdə və tanışlıq saytlarında isə bu cür insan alverçiləri daha çoxdur. Mail.ru agent, Rambler znakomstva, live.ru və digər saytlarda belə insanlar artıq heç nədən çəkinmədən şəbəkədəki insanlara seksual xidmətlər təklif edir. Özü də lap biabırçı halda. Bu saytlara sadəcə 5-10 dəqiqə daxil olmaqla fahişəliyin burada necə yayıldığının şahidi ola bilərsən. Bu məsələdən demək olar ki, ictimaiyyətin əksəriyyətinin məlumatı var. Amma. nədənsə aidiyyəti qurumlar məsələ barədə heç bir tədbir görmək istəmirlər. Nəticədə bu saytlar vasitəsilə fahişələr müştərilər cəlb edir.
"Ağ Otel"in rəhbəri fahişələrə "day-day"lıq edir?
Saytda olarkən daha maraqlı bir faktla rastlaşdım. Burada tanışlıq bölməsində Kristina adlı qızla danışarkən məlum oldu ki, Bakıda daha bir fahişəxana yuvası var. Bu obyekt isə hamının tanıdığı bir oteldir. Bəli, hamının tanıdığı və məhşur bir otel. Kristinanın 33 yaşı var, dediyinə görə, bu qadın günün müxtəlif saatlarında saytlarda gəzməklə özünə müştəri yığır. Müştəriləri isə yalnız "Ağ Otel"də qəbul edir. Kristinanın saytda yazdığı təklifi olduğu kimi təqdim edirəm: "Adım Kristina, 33 yaşım var, Bakıda yaşayıram. Evimdə qəbul etmirəm, müştərini "Ag Otel"də qəbul edirəm, bütün növ seks xidmətlər göstərirəm, bir saatı 100 manat". Kristina kimi özünü təqdim edən şəxs daha bir faktı açıqlayır. Bildirir ki, özünün Yasamal rayonu ərazisindəki "Tri Korona" adlanan yaşayış kompleksinin arxasındakı həyət evlərində qalır, mənzil özünə məxsusdur. Amma, o öz evində müştəri qəbul etmir. Səbəbini də deyir. Bildirir ki, guya o fahişəliklə məşğul olmaq üçün özünə "day-day" da tapıb. Həmin "day-day" isə bayaqdan söhbət açdığımız "Ağ Otel"in rəhbəridir. Kristina deyir ki, o təhlükəsiz fahişəlik etməsi üçün "Ağ Otel"in sahibinə aylıq "haqq" verir. Aldığı pula görə də, otel rəhbərliyi Kristinanın təhlükəsizliyinə təminat verir. Necə deyərlər, otel rəhbərliyi ilə Kristina arasında şifahi "müqavilə" bağlanıb ki, Kristina otelə müştəri gətirib obyekt sahibinə xeyir verəcək, otel rəhbəri də buna görə onun təhlükəsizliyini qoruyacaq.
Fahişəxanaya milyonlar xərcləyən sahibkar
Maraqlıdır, xarici qonaqları qəbul etmək məqsədilə milyonlarla manat xərcləyib otel inşa edən sahibkar Bakının ən adlı-sanlı və əlverişli yerində mədəni xidmət göstərməkdənsə fahişəxana açmağa üstünlük verir. Adını da qoyub ki, guya otel işlədir və burada ailələrə, turistlərə mədəni və səviyyəli xidmət göstərir. Amma, bu ad altında həmin obyekt səviyyəsiz bir xidmətlə məşğul olmaqla Bakının mərkəzində əxlaqsız qadınları yığıb onların vasitəsilə çirkin pullar qazanır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi isə kiçik kafelərdə, yol kənarlarında fahişəxanalar axtarır. Şəhərin girişindəki fahişə oteli isə onların gözünə görsənmir. Görəsən niyə?
Marina: "Müştərinin təhlükəsizliyinə görə otel rəhbərinə "faiz" verirəm"
Saytdakı ikinci qız da seks xidmətlərdən danışır. Onun adı isə Marinadır. Marina Kristinadan fərqli olaraq otellə yanaşı evində də müştəri qəbul edir. Bu şəxs deyir ki, evində də xidmət göstərir və müştərinin istəyindəın asılı olaraq Bakıdakı istənilən otellərə gedir. Hətta Marina getdiyi otellərdə özü ilə apardığı müştərilərin təhlükəsizliyinə də təminat verir. Marinanın dediyinə görə, Bakıdakı bütün otellərdə olub və istənilən oteldə problemsiz müştəri qəbul edə bilir. Buna o özü ilə yanaşı otel rəhbərini də cavabdeh kimi göstərir. Marina deyir ki, o buna görə otel rəhbərinə "faiz" verir, yəni qazancının müəyyən faizini otel rəhbərliyinə ödəyir ki, buna görə də otel onun təhlükəsizliyini təmin edir.
"Polisi, "uçaskovi"sı olmasa, bizi dərhal "Ramana"ya basıb başımızı qırxarlar"
Marina bir söz də dedi. Bildirdi ki? paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonları ərazisindəki otellərin heç birindən ehtiyatlanmır və burda müştərini öz evi kimi qəbul edir. Onun sözlərinə görə, adıçəkilən rayonların polis əməkdaşları ilə münasibəti var və onlar hansısa oteldə reyd keçirirsə, əvvəlcədən Marinaya bu barədə məlumat verirlər. Marina da həmin gün oteldə müştəri qəbul etmir. Marinanın danışığından belə çıxdı ki, Nəsimi, Binəqədi və Yasamal rayonlarının polisləri bu qadını tanıyır, yəni Marina onlara da "görüm-baxım" eləyir. Daha bir maraqlı sualıma isə Marina maraqlı cavab verdi. Ondan soruşdum ki, niyə bəs bu polislərə pul verirsən? Gözləmədiyim bir cavab məni dəhşətə gətirdi. Marinanın dediklərini olduğu kimi yazıram: "Necə niyə? Məgər bilmirsən ki, onlar olmasa mən bu işlə məşğul ola bilmərəm? Polislər məni müdafiə etməsəydi, mən indi bəlkə də 5 ildən çox idi ki, "Ramana"da yatırdım. Elə onlara görə, mənə dəyən yoxdu. Elə bilirsən asandı baş çıxarmaq? Polisi, "uçaskovi"sı olmasa, bizi dərhal "Ramana"ya basıb başımızı qırxarlar".
Məlum oldu ki, bu şəxs 5 ildir ki ailəsindən ayrılıb və fahişəliklə məşğuldur. "Ramana" deyəndə isə həmin şəxs Səhiyyə Nazirliyinin Ramanadakı Dəri Zöhrəvi Dispanserini nəzərdə tutur. Marina deyir ki, "fəaliyyət" göstərdiyi vaxtlarda ora da aparılıb. Amma, polis tanışlarının əli ilə dərhal həmin dispanserdən çıxarılıb. Marina deyir ki, bu dispanserdə saxlanılanlar həbsxanadan betər şəraitdə qalırlar. Ona görə də, bu dispanserə düşən fahişələr müəyyən kanalları vasitəsilə oradan çıxmağa cəhd edir.
Nərimanovda polis himayəsində olan 3 bacı fahişə
Daha bir fahişə Delya adı ilə danışır. Bu şəxs də özü haqda məlumatları yazıb saytda yerləşdirib. Dediyinə görə 23 yaşı var, gözəl bədən quruluşuna malikdir. Yalnız axşam saatlarında müştəri qəbul edir. Axşam saat 6-dan sonra. Delya deyir ki, Nərimanov rayonunda "Metro Park" ticarət və əyləncə mərkəzinin arxasındakı yaşayış binalarında qalır. Anası və iki bacısı ilə birlikdə yaşayır. Axşam saat 6-da anası işə gedəndən sonra 3 bacı müştəri qəbul edir. Hər biri 70 manata müştəri qəbul edir. Təhlükəsizliyə zəmanət də verirlər. Saytda müştəri axtaran bu qadın hətta ali təhsilli olduğunu da deyir. Onun sözlərinə görə, hazırda Odlar Yurdu Universitetinin 2-ci kursunda təhsil alır. Bu 3 bacı da polislərlə əlbir olduğunu deyir. Onun sözlərinə görə, Nərimanov polisi onların bu işlə məşğul olmasından xəbərdardır və buna görə onlar polisə aylıq "görüm-baxım" da edirlər. Elə buna görə də qanun keşikçiləri onların bu hərəkətlərinə mane ola bilmir. Bir sözlə, yuxarıda adlarını çəkdiyim saytlarda vəziyyət bu cürdür. Küçələrdə, kafelərdə açıq fahişəlik edib müştəri tapa bilməyənlər indi tanışlıq saytlarına keçib burada fəaliyyətlərini davam etdirir. Amma, buna baxmayaraq onların bu hərəkətlərindən nə polis xəbərsiz deyil, nə də digər aidiyyəti qurumlar. Aidiyyəti rayon polisləri fahişələrin bu əməllərindən xəbərdardır. Xəbərdar olmaları bir yana, hətta polislər onları himayə də edirlər. Daxili İşlər Nazirıliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi isə küçələrdə, digər obyektlərdə fahişəxanalar axtarır. Zənnimcə, idarə əməkdaşları elə gün ərzində on-on beş dəqiqə bu saytlara baş vursalar gün ərzində onlarla fahişəni aşkar edə bilərlər. Amma, etmirlər, niyəsi isə bilinmir.
Əli