Erkən nikah dərdimiz VIDEO

Ekspert: "Qızların erkən nikaha daxil olması qadınların hüquqlarının pozulmasıdır"

Cəmiyyəti narahat edən məsələlərdən biri erkən nikahlardır. Əsasən regionlarda formalaşan stereotipə görə, qızlar yetkinlik yaşına çatmamış ailə qurmalıdır. Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qızların erkən nikaha daxil olması qadınların hüquqlarının pozulmasıdır. Əvvəllər valideynlər uşaqlarını təhsil almağa daha çox yönəldirdilərsə, son zamanlar ailə qurmaq birinci planda durur. Bu isə sonda fəsadlara gətirib çıxarır, boşanma hallarının sayı artır. Savadsız olduqlarında, işsiz və evsiz qalırlar.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi Pərviz Əliyev hesab edir ki, əhali arasında maarifləndirmə çox zəifdir. Baxmayaraq ki, komitə mütamadi olaraq yerlərdə bu istiqamətdə məlumatlandırma işləri aparır. Təsadüfi deyil ki, quruma müraciət edənlərin əksəriyyəti erkən nikaha girənlərdir. Şikayət motivləri arasında boşanma halları və uşaqların qüsurlu olması ilə bağlı müraciətlər daha çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31