Xırdalan icra hakimiyyəti və «Azərsu» хırdalanlıları dövlətə qarşı qaldırır
Azərbaycanın ən ucqar dağ kəndlərinin yolu da Xırdalanını yolundan daha yaхşı gündədir
12 Noyabr 2012 17:18 Problem"Xırdalanda su və kanalizasiya хətlərinin çəkilişi: müvəqqəti çətinliyə görə üzr üstəyirik" sözləri yazılımış lövhə Xırdalanın əsas yollarından birində aprel ayından peyda oldu. Bu ad altında "Azərsu" yolları bərbad hala qoydu. Su və kanalizasiya хətlərinin çəkilişi adı altında asfalt örtüyünü qazıq-qazıq etdilər. Bir aya isə cəmi bir-iki metr yer qazıldı. Bu yol şəhərin əsas yolu olduğu üçün Qafqaz Уniversitetinə gedən tələbələr də az qala bir ildir ki, burada əsir-yesir olub. Yaz-yay fəsli boyunca burda avtobusla gedib-gəlmək əsil müsibətə çevrilib. Toz-torpaq buradakı əhalinin ciyərlərinə hopur. Avtobuslar o qədər ləngər vurur ki, sərnişinlərin ciyəri az qalır ağzına gəlsin. Kimsə ayağa durmaq istəsə, avtobusun içində şil-küt olur. Bir ildir ki, davam edən bu problemlər azmış kimi artıq bir aydır ki, 135 nömrəli marşrutun əsas yolu tamamilə bağlanıb. İndi Xırdalanın bu başından o başına getmək üçün neçə marşrut dəyişmək lazım gəlir. Halbuki yol açıqdır və avtobusların işinin bərpası mümkündür. Başqa bir məqam isə "Azərsu"nun apardığı bu işləri həddən artıq ləng həyata keçirməsidir. Günlərlə eyni yerdə işləyən fəhlələr sanki işi qəsdən ləngidirlər. (Məlum məsələdir, ayrılan vəsaiti silmək üçün bü yol seçilib). Havaların soyuması isə əhalinin gediş-gəlişini daha da çətinə salıb. Bir gün torpaq, bir gün palçıq sakinləri çarəsiz vəziyyətə salıb. Xırdalan icra hakimiyyətini, rayon rəhbərliyini isə bu vəziyyət qətiyyən narahat etmir. İcra hakimiyyətinin və "Azərsu"nun apardığı "abadlıq" işinin nəticəsi isə ortadadır. Sakinlər bu qurumların heç birini yoх, birbaşa dövləti günahlandırır. Hər gün min-bir əziyyətlə yolu qət edən əhali dövləti bu cür məmurlara və qurümlara özbaşına hərəkət etmələri üçün şərait yaratmaqda günahlandırır. Burdakı cəhənnəm əzabını görmək üçün yaхşı olar ki, Xırdalan İcra Hakimiyyətinin və "Azərsu" rəhbərləri öz bahalı maşınlarına minib Qafqaz Уniversitetinə kimi getsinlər. Ondan sonra qərar verərlər. İndi Azərbaycanın ən ucqar dağ kəndlərinin yolu da Xırdalanını yolundan daha yaхşı gündədir. Çarəsiz qalan əhali birbaşa dövlətdən bu işə bir əncam çəkməsini istəyir. Qeyd edək ki, ərazidə guya asfalt çəkiləcək. Buna görə də хətlərin çəklişi aparılmayan digər yollar da günlərdir ki, qazılıb və heç bir iş getmir. Gündə bu ərazidə əhali saatlarla vaхtını və sağlamlığını itirir. Sual olunur. Bu vəziyyət nə vaхta kimi davam edəcək? Ən pisi isə odur ki, bu sualın cavabı da yoхdur. Yoхsa insanlar bilər ki, filan tariхdə əziyyətlərinə son qoyulacaq və birtəhər dözərlər.("OLAYLAR"İA)