İmişlidə üçüncü zəlzələ - Dağıntılar var, insanlar təlaşda - YENİLƏNİB

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 28 km olub.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, buna qədər bu gün İmişli rayonunda iki dəfə yeraltı təkanlar qeydə alınıb.

----------

11:40

"İmişlidə baş vermiş zəlzələ ilə bağlı həm İmişlidə, həm də zəlzələnin hiss olunduğu ətraf rayonlarda əhalinin narahatlığına heç bir əsas yoxdur".

Bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, səhər saatlarında baş vermiş əsas təkanda enerji boşalması baş verib: "Əsas təkandan sonra iki-üç dəfə afterşoklar qeydə alınıb və gün ərzində də zəif afterşokların baş verməsi davam edəcək. Əsas təkanda enerji boşalması artıq baş verib. Zəlzələnin maqnitudası 5,6 bal gücündə olub. Həmin ərazidə də tarixən baş verən zəlzələlər bundan güclü olmayıb. Sadəcə bəxtimiz onda gətirib ki, zəlzələ 25 km dərinlikdə baş verib və ona görə də zəlzələnin fəsadları azdır. Yəni qorxulu bir şey yoxdur, əhalinin narahatlığına heç bir əsas yoxdur".

Qeyd edək ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxın ərazilərdə, o cümlədən Mingəçevir, Gəncə, Göranboy, Qəbələ və Şəkidə də hiss olunub.

-----------

11:35

Bu gün səhər saatlarında İmişlidə baş vermiş yeraltı təkanlar İran ərazisində də hiss olunub.

Trend İRNN-yə istinadən məlumat verir ki, İranın Parsabad şəhərində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.

---------

10:31

İmişlidə növbəti zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən azvision.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22km olub. 

----------

Son dəqiqələrdə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yaxin ərazilərdə 5 bala kimi hiss olunub.

09:35

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən report-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

-----------

09:21

Bu gün səhər saatlarında Gəncə şəhərində zəlzələ olub.

Milli.Az report-a istinadən bildirir ki, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.

Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib.

Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31