Bakı-Nabran avtobusu PARTLADI: yaralılar var
Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda patlayış baş verib.
1 Avqust 2016 11:32 ProblemBakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda patlayış baş verib.
report bildirir ki, Bakıdan Nabrana gedən "Hyundai" markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.
Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31