Yol bizi yıxır: kimə müraciət edək? - PROBLEM
8 Noyabr 2012 14:09 ProblemDay.Az saytının redaksiyasına Larisa Kisleva adlı oxucu tərəfindən məktub göndərilib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, oxucunun məktubunda deyilir:
"Bu yaxınlarda Amerika səfirliyi yaxınlığındakı evlərdən birinə köçdük. Piyada uşağı məktəbə aparmaqdan və özüm işə piyada getməkdən sevinirdim. Lakin sevincim çox çəkmədi. Şəhər tərəfə, əsasən, Süleyman Rüstəm küçəsi və Azadlıq prospekti ilə keçirdim. Bir ay ərzində 3 dəfə yolda yıxılmışam. Ona görə yox ki, hündür dabanlı ayaqqabı geyinmişəm, ona görə ki, səkilər bərbad vəziyyətdədir. Çoxlu sayda çala-çuxur, hər yerdən çıxan borular və hətta quru havada da hər yerdə palçıq. Nəyə görə şəhərin mərkəzinə gedən yollar bərbad vəziyyətdədir? Nəyə görə biz, vergi ödəyənlər ayaqlarımızı və əllərimizi 30 ildən çoxdur ki, təmiri davam edən yollarda qırmalıyıq?" Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili şöbəsi fəaliyyət göstərir.
"Bu şöbənin əməkdaşları hər gün yollardakı çatışmazlıqları araşdırırlar. Yollarda və səkilərdəki çatışmazlıqlar barədə müvafiq xidmətlər məlumatlandırılır, onlar da öz növbələrində, həmin çatışmazlıqları aradan qaldırırlar. Oxucunun qeyd etdiyi yollardakı çatışmazlıqlar barədə mən yol hərəkətinin təşkili şöbəsinə məlumat verəcəm. Bu cür hallar barədə vətəndaşlar da həmin şöbəyə müraciət edə bilərlər".