Bakının tıxac dərdinin əlacını tapan olacaqmı? - PROBLEM VIDEO

Çoxlu sayda yol ötürücülərinin tikilməsinə baxmayaraq, paytaxtda tıxac probemini həll etmək hələ də mümkün olmayıb

Son dövrlərdə paytaxtımızda çoxlu sayda yol ötürücülərinin tikilməsinə baxmayaraq, tıxac probemini həll etmək hələ də mümkün olmayıb. Ekspertlərin fikrincə, çox zaman elə bu tikililər tıxacın yaranmasına səbəb olur. Ekspert Elçin Abdulayev deyir ki, bəzən hər hansı bir yerdə təmir getdikdə, bu barədə xəbərdaredici lövhəciklər olmur və ya hər hansı bir məlumatverici tədbirlər çox zəif aparılır. Bununla belə ekspert qarşılıqlı hərəkət yollarında sürücülərin səbrsizlik nümayiş etdirib çox zaman yolun digər hərəkət hissəsinə çıxaraq tıxaca səbəb olduqlarını bildirir.
Nəqliyyat Nazirinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə qeyd edir ki, elektron işıqforların Bakıda tətbiq edilən "İntellektual idarəetmə sistemi"nə qoşulması paytaxt küçələrindəki tıxaclara tez reaksiya verməyə və işıqforlar vasitəsilə onların aradan qaldırılmasını təmin etməyə imkan verəcək.
Elektron işıqforların Bakının 150 yolayrıcında quraşdırılmasının nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi "Nəqliyyatın intellektual idarəetmə sistemi"nin 2014-2015-ci illərdə tam istismara verilməsini planlaşdırdıqlarını bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31