ABŞ danışıqlar prosesini dəstəkləyir
9 İyul 2016 03:14 ProblemABŞ danışıqlar prosesini dəstəkləyir
ABŞ dövlət katibi Con Kerri Varşavada NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
Dövlət katibi tərəfləri Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib", - deyə C.Kirbi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31