Roland Kobia Azərbaycanda jurnalistin döyülməsi faktını pisləyib

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia jurnalist İdrak Abbasovun döyülməsini pisləyib.
APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən səfir hadisə barədə təfsilatlı məlumata malik olmadığını deyib: "Baş verən hadisənin detalları, səbəbi, motivi, necə baş verməsi barədə tam məlumata malik deyiləm, lakin faktın baş verməsini və jurnalistin döyülməsi bu hadisəni pisləmək üçün kifayətdir". Səfir Avropa Birliyinin hadisə ilə əlaqədar faktları topladıqdan və məlumatın dəqiqliyi təsdiqləndikdən sonra bəyanatla çıxış edəcəyini də istisna etməyib.Qeyd edək ki, ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də Sulutəpədə baş verən insident zamanı jurnalistlərin döyülməsini pisləyən bəyanatla çıxış edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31