Qəsəbədə avtobus çatışmazlığı - PROBLEM
6 Noyabr 2012 14:54 ProblemDay.Az saytının redaksiyasına Xanım adlı daimi oxucu tərəfindən məktub göndərilib.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, oxucunun məktubunda belə deyilir:"Mən Əhmədli qəsəbəsində yaşayıram. Artıq bir neçə aydır ki, qəsəbədən metroya qədər cəmi bir avtobus - 62 saylı marşrut işləyir. Əvvəllər 68 saylı marşrut da işləyirdi. Avtobus çatışmazlığı ucbatından işə vaxtında çata bilmirik. Sizdən xahiş edirik ki, bu məsələyə toxunasınız və problemi lazımi instansiyalara çatdırasınız".
Məsələ ilə bağlı saytın əməkdaşı "Bakısərnişinnəqliyyat" MMC ilə əlaqə saxlayıb. Cəmiyyətdən bildiriblər ki, optimizasiya işləri çərçivəsində bir neçə marşrut avtobuslarının azaldılması işləri həyata keçirilir. Bir-birinə oxşar marşrutlar ləğv edilir. Hər bir halda vətəndaşlar şikayət ərizəsi ilə "Bakısərnişinnəqliyyat" MMC-yə və Nəqliyyat Nazirliyinə müraciət edə bilərlər.