Polis “Qanun” nəşriyyatında axtarış aparır

Bu gün təxminən saat 19:00-da Bakı polisinin 20-yə yaxın əməkdaşı “Qanun” nəşriyyatına gəlib.

Bu gün təxminən saat 19:00-da Bakı polisinin 20-yə yaxın əməkdaşı "Qanun" nəşriyyatına gəlib. Onlar nəşriyyata bomba qoyulması barədə məlumat daxil olduğunu bildiriblər və axtarışa başlayıblar. Polis binanı əhatəyə alıb. Bu barədə Turan-a "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib.

Onun sözlərinə görə, bütün bunlar şənbə axşamı baş verdiyindən polis gəldiyi zaman gözətçidən başqa heç kim işdə olmayıb. Lakin onu binadan buraxmayıblar ki, bu da Ş.Xuduoğluda narahatlıq yaradıb.

"Əgər bomba axtarırlarsa, təhlükəsizlik məqsədilə insanlar binadan çıxarılmalıdır. Polislərin arasında mütəxəssis gözə dəyməyib. Əgər nəşriyyatdan silah və qanundankənar nəsə tapılsa, bilin ki, bunun məsuliyyəti Bakı Şəhər Polis İdarəsinin üzərindədir", - Ş.Xuduoğlu qeyd edib.

Ş.Xuduoğlu özü şəhər hüdudlarından kənardadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31