Ermənistana keçən qadın kimdir? - ŞOK İDDİA

Xəbər verdiyimiz kimi, Ermənistan KİV-lərində yayılan məlumata görə, Tovuzun Yanıqlı kənd sakini olduğu iddia edilən 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyeva Ermənistana keçib.

Xəbər verdiyimiz kimi, Ermənistan KİV-lərində yayılan məlumata görə, Tovuzun Yanıqlı kənd sakini olduğu iddia edilən 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyeva Ermənistana keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, hazırda dövlət qurumu tərəfindən bununla bağlı araşdırma aparılır.

Tovuz Rayon İcra Hakimiyyəti ilə rayon sakininin Ermənistana keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Tovuzun icra başçısının müavini Mahir Həsənov AzVision.az-a bildirib ki, erməni KİV-lərdə yayılan məlumat yalandır, Tovuzda bu adda sakin qeydiyyatda olmayıb.

İcra rəsmisinin sözlərinə görə, hazırda aidiyyatı dövlət qurumları tərəfindən faktla bağlı araşdırma aparılır.

Yayılan digər məlumatlarda isə bildirilir ki, Zöhrə Vardzar qızı Vəliyeva adlı xanım Tovuz rayon sakini deyil. 

Tovuzun Yanıqlı kəndinin icra nümayəndəsi Yaşar İsmayılov AzVision.az-a bildirib ki, iki gün öncə iki öncə kənddə naməlum bir qadın peyda olub: "Tanımadığımız bir qadın icra nümayəndəliyinin önündə dayanmışdı. Kənd sakinləri ondan kimliyini soruşdular. O, isə adının Telli olduğu, Haça Qaya ziyarətindən gəldiyini və baxıcı olduğunu dedi.

Qadın kənardan baxanda qəribə görünürdü. O, əqli qüsurlu insana bənzəyirdi. Qadının yerişi də düzgün deyildi. Əllərini çırpa-çırpa gedirdi. Sakinlərlə söhbətdən sonar qadın bir anın içində yoxa çıxdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31