Qubada torpaq sürüşməsi
Təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.
7 İyun 2016 21:44 ProblemQuba rayonunun dağ-meşə massivində torpaq sürüşməsi baş verib.
"Report"un hadisə yerindən verdiyi məlumata görə, təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.
Belə ki, dağın yamac hissəsi uçaraq Qudyalçaya tökülüb, nəticədə böyük torpaq kütləsi çayın qarşısını kəsib.
Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib. Bəzi turizm yerləri, xüsusilə Elxan Muradova məxsus istirahət zonası su altında qalıb. Torpaq sürüşməsi Qudyalçayın qarşısını tamamilə kəsmək üzrədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31