Erməni deputatdan ordudakı korrupsiya faktı ilə bağlı – Şok açıqlamalar
2 İyun 2016 05:52 ProblemErmənistan ordusunda korrupsiya o həddə çatıb ki, artıq başlayıblar generalları həbs etməyə.Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın hakim partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Müdafiə Nazirliyindəki yüksəkçinli hərbçilərin həbs olunmasına mövqeyini açıqlayarkən deyib ki, orduda kifayət qədər çatışmazlıqlar var. "Ona görə də ordudakı çatışmazlıqlara cavabdeh olan şəxslər məsuliyyət daşımalıdır".Baqdasaryan əlavə edib ki, ölkədə hərbi vəziyyətin olmasına baxmayaraq orduda korrupsiyanın səviyyəsi o həddə çatıb ki, nəticədə ordu generallarını həbs edirlər:"Orduda özbaşınalıq baş alıb gedir. Hərc-mərclikdir. Korrupsiya ordunu məhv edir. Ona görə də bununla bağlı cinayət işi qaldırılıb və istintaq gedir. Yaranmış vəziyyətə görə məsuliyyət daşıyan şəxslər layiqli cəzalarını alacaqlar".Qeyd edək ki, Ermənistan ordusundakıı korrupsiya faktı ilə bağlı general , polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib. Onlar barəsində cinayət işi açılıb.