Erməni uşağın anası: "Biz artıq Moskvadayıq"

8 yaşlı erməni uşağı Luka Vardanyanın anası bildirib ki, onlar Moskvadadırlar və bununla da, Rusiyanın Azərbaycandakı səfirliyinin bəyanatını təkzib edib.

Bundan öncə Rusiya səfirliyindən bildirilmişdi ki, uşağa ölkəyə girişə icazə verolib və hazırda o, anası ilə birlikdə Bakıdadır.

"Biz Moskvadayıq! Qayğı və dəstəyə görə hamıya təşəkkürlər. Bakı bizi şan-şöhrətlə qarşıladı, lakin bu elə gec oldu ki, biz bu şəhərin üstündən xətt çəkdik və uçub getdik", - uşağın anası Kristina Konstantinovna özünün İnstaqram səhifəsində belə yazıb.

Onun sözlərinə görə, Lukanı sonunda "üzrxahlıqla, şərəfli qonaq kimi" qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31