Yunis Əsgərov həbs oluna bilər?
25 May 2016 13:51 ProblemSHXÇDX-nin Daxili Təhqiqatlar İdarəsinin rəisinin işi Hərbi Prokurorluqdadır Polkovnikin Şəmkir və Cəlilabad rayon şöbələrində araşdırmalar aparılarkən qeyri-obyektikliyə, qərəzə yol verdiyi iddia olunur Azərbaycan Silahlı Qüvvələri gündən-günə peşəkarlıq səviyyəsini artırır, ordumuz ən müasir silah-sursatla, zəruri avadanlıqlarla təmin olunur, döyuş qabiliyyəti NATO sistemi səviyyəsinə çatdırılır. Lakin buna baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra rayon şöbələrində, eyni zamanda polkovnik Yunis Əsgərovun rəisi olduğunu Daxili Təhqiqatlar İdarəsində yaşanan xoşagəlməz məqamlar güclənməkdə olan ordumuzun sıralarına xəstə, hərbi xidmətə yararsız əsgərlərin cəlb olunması ilə nəticələnir. Belə ki, Səfərbərlik Xidmətindən verilən informasiyada deyilir ki, Yunis Əsgərov demək olar rayon şöbələrinin əksəriyyətindən aylıq alır. Təbii ki, bu da öz növbəsində, qurumun rayon şöbələrinin yetkili şəxslərinin çağırışçılardan nələrsə ummasına, bu sahədə neqativ halların geniş vüsət almasına səbəb olur. Yeri gəlmişkən, onu da vurğulamaq istərdik ki, bir müddət əvvəl SHXÇDX-nin nəzdində fəaliyyət göstərən "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-yə təmir-tikinti işləri ilə əlaqədar 700 min manat vəsait ayrılsa da, sözügedən məbləğin xərclənməsində ciddi əyrintilərə imza atılıb. Bununla əlaqədar yayımlanan məlumatlarda qeyd olunur ki, həmin məbləğin taleyi ilə bağlı qərarı məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqatlar İdarəsinin rəisi verib. Deyilənlərə görə, polkovnik bu məsələdə də şəxsi maraqlarından çıxış edib və nəticədə 700 min manatın hara, necə xərclənməsilə əlaqədar SHXÇDX-nin rəhbər şəxslərinin belə, yetərincə məlumatı yoxdur. Maraqlıdır, görəsən bu necə baş verə bilər?.. Bu arada, qurumun Daxili Təhqiqatlar İdarəsinin rəisinin Səfərbərlik Xidmətinin bir çox rayon şöbələrini kurasiyasında saxladığını, onları mümkün təhlükələrdən sığortalağıdığını iddia edən məlumatlı şəxsin bölüşdüyü informasiyada deyilir ki, Yunis Əsgərov mütəmadi olaraq SHXÇDX-nin şöbələrində yoxlamalar təşkil edir və bu zaman istəklərini reallaşdırmağa çalışır: "Deyilənlərə görə, polkovnik il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində bir neçə dəfə yoxlamalar aparır. Bildirilir ki, həmin yoxlamaların əsas məqsədi hansısa nöqsanları aşkarlayıb müvafiq tədbir görmək, problemləri aradan qaldırmaq yox, məhz qurumun Daxili Təhqiqatlar İdarəsinin rəisinin istəklərinin reallaşdırılmasıdır. Belə ki, Yunis Əsgərovun tapşırığı ilə reallaşan yoxlamalar zamanı polkovnikin "şərt"lərinə əməl etməyən rayon şöbə rəislərinin vəziyyəti sonradan xeyli ağırlaşır. Deyilənlərə görə, idarə rəisi onun "tələb"lərilə razılaşmayan rayon şöbə rəislərinin işini Hərbi Prokurorluğa göndərir. Məhz elə bu səbəbdən də bu gün Səfərbərlik Xidmətinin rayon şöbələri Yunis Əsərovun bir sözünü iki etmir, onun "tələb"lərinə canla-başla "hə" deyirlər". Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqatlar İdarəsinin rəisinin bir müddət əvvəl SHXÇDX-nin Şəmkir və Cəlilabad rayon şöbələrində araşdırmalar apardığını, lakin bu zaman qeyri-obyektikliyə, qərəzə yol verildiyini iddia edən mənbənin sözlərinə görə, hazırda məhz bu məsələ ilə bağlı Yunis Əsərovun işi Hərbi Prokorluqdadır: "Deyilənlərə görə, artıq Hərbi Prokuorluq polkovnikin fəaliyyətini, əsasən də onun Səfərbərlik Xidmətinin Şəmkir və Cəlilabad rayonlarında apardığı yoxlamalarla bağlı məqamları ən incə detallarınadək araşdırır. İddia olunur ki, prokurorluq tərəfindən başlanılan araşdırmaların sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Yunis Əsgərovun həbs məsələsi də gündəmə gələ bilər. Görünən odur ki, iş bu məcraya doğru irəliləməkdədir". Sonda onu da vurğulamaq istərdik ki, polkovnik Yunis Əsgərovun adının hallandığı məsələlərlə bağlı mətbuatda da kifayət qədər məlumatlar yayımlanıb. Mövzu ilə əlaqədar qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.
- See more at: http://xalqxeber.az/cemiyyet/361811-yunis-esgerov-hebs-oluna-biler.html#sthash.ZpF14Jv3.dpuf