Bakıda insan tıxacı
Yoldan keçmək üçün sərnişinlər saatlarla gözləməli olublar
2 Noyabr 2012 17:39 ProblemBakıya bu gün yağan yağış hər gün şahid olduğumuz maşın tıxacı deyil, insan tıxacı yaradıb. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxtın Elmlər Metrosu yaxınlığında acınacaqlı vəziyyət yaşanıb. Belə ki, metrodan Mətbuat prospektinə qalxan yolda insanlar hərəkət edə bilməyərək küçənin ortasında aciz qalıblar.
Aylardır metro çıxışı tikildiyi üçün bağlı qalan yoldan bu gün keçmək qeyri-mümkün olub. Həmin yoldan keçmək üçün tələbələr də daxil olmaqla bütün sərnişinlər saatlarla gözləməli olublar. Hadisə yerində portalımızın əməkdaşı da olub. Əməkdaşımızın çəkdiyi fotoları təqdim edirik:
foto qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31