Ağsuya sel gəldi...

İqbal Mikayılov: “Ərəbuşağı kəndində 7-8 tövlənin damına qismən ziyan dəyib”

Mayın 13-də Agsuda baş verən güclü yağış və külək rayona ciddi ziyan vurmayıb. Bu barədə "OLAYLAR"a Ağsu rayon icra başçısının müavini, rayon fövqəladə hallar komisiyasının sədri  İqbal Mikayılov məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı yalnız Ərəbuşağı kəndinə qismən ziyan dəyib: "Hadisə zamanı rayonun Ərəbuşağı kəndində bir neçə həyətdə köhnə tikililərin dam örtüyünə qismən ziyan dəyib. Kənddə təxminən 7-8 həyətyanı sahədə tövlələrin dam örtüyündə köhnə şiferlər zədələnib, bir neçə şifer qırılıb". İqbal Mikayılov bildirib ki, mətbuatda Ağsuda güclü dağıntı olması barədə yayılan məlumatlar əsassızdır. Rayonda heç bir taxıl sahəsinə zərər dəyməyib, həyətləri su basması barədə məlumatlar düzgün deyil. Rayon icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyası hadisə yerində olub və dəymiş ziyan müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31