Azərbaycan təyyarəsində sağ qalanların milliyyəti bilindi
19 May 2016 10:46 ProblemAzərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalan iki nəfərin milliyyəti bilinib. ANS PRESS-in "Moskovskiy komsomolets" saytına istinadən məlumatına görə, yaralılar Ukrayna vətəndaşlarıdır.
Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi
Onların hər ikisinin vəziyyəti ağırdır.
Qəza nəticəsində təyyarədə olan 9 nəfərdən 7-si ölüb.
Ötən gün Əfqanıstanda baş vermiş "Silk Way" aviaşirkətinə məxsus təyyarənin qəzasında həlak olanların şəxsiyyəti ANS PRESS-ə açıqlanıb.
Qəzada həyatını itirənlər :
- Rəşid Şaydanov (komandir)
- Altay Abdullayev (ikinci pilot)
- Nadir Rzayev (bort mexaniki)
- Nazim Əsədullayev (şturman)
- Firdovsi Əliyev (bort radist)
Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıb. Siyahı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələ ki təsdiq olunmayıb.
AZAL nəyi gizlədir və ya gözləyir?
An-12 yük təyyarəsi Əfqanıstan daxilində yük daşımaları məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülüb. Qəza barədə məlumat ötən gün axşam saatlarında yayılıb.
Məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviaqəza baş verib.
Heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.