Qəzaya uğramış Azərbaycan təyyarəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşıdır
19 May 2016 10:12 ProblemAzərbaycanın "Silkway" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.APA-nın "mk.ru" saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyəti ağırdır.Qeyd edək ki, mayın 18-də "Silkway" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31