Azərbaycan təyyarəsi qəzaya uğrayıb, həlak olanlar var - YENİLƏNİB
19 May 2016 09:26 ProblemƏfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi.
Ötən gün "Silk Way" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların şəxsiyyəti anspress-ə açıqlanıb.
Qəzada həyatını itirənlər:
- Rəşid Şaydanov (Komandir)
- Altay Abdullayev (İkinci pilot)
- Nadir Rzayev (Bort Mexaniki)
- Nazim Əsədullayev (Şturman)
- Firdovsi Əliyev (Bort radist)
Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıblar. Siyahı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələ ki təsdiq olunmayıb.
----------
07:28
Mayın 18-də "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Milli.Az xəbər verir ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-ya bildirilib ki, təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxildir.
Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiya üzvlərinin mayın 19-da hadisə yerinə gedəcəyi gözlənilir.
----------------
18.05.2016
22:12
Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur.
Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.
---------
22:10
Milli.Az Day.Az-a istinadən bildirir ki, Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb.