Erməni generaldan müharibə xəbərdarlığı: "Sərhəddə vəziyyət ildırım sürəti ilə dəyişə bilər"

Azərbaycan - Ermənistan sərhədinin Naxçıvan ərazisində vəziyyət istənilən an dəyişə bilər.

"Sputnik-Armeniya" nin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin 4-cü korpusunun komandiri general-mayor Andranik Makaryan deyib.

"Sərhəddə vəziyyət istənilən an ildırım sürəti ilə dəyişə bilər" - deyə hərbçi bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Qarabağdakı vəziyyəti təkrarlaya biləcəyini istisna etmir.

May ayının 12-də Ermənistan silahlı bölmələri Naxçıvan sərhədində təxribat törətdikdən sonra yenidən həmin istiqamətdə atəşkəsi pozub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31