ABŞ-dan Rusiyaya Qarabağ ittihamı
15 May 2016 09:14 ProblemBeynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllini təmin etmək məcburiyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri "Amerikanın səsi"nə müsahibəsində ABŞ konqresmeni Ted Poeden deyib.
"Fransa, ABŞ və Rusiya da daha əvvəl bu problemi həll etmək istiqamətində razılaşmışdılar və fikrimcə, öhdəliklərimizi yerinə yetirməliyik. Rusiya Qarabağ probleminin həlli ilə kifayət qədər məşğul olmur. Həm ABŞ, həm də Avropa bu münaqişənin həllində fəal iştirak etməlidir. Rusiya, ABŞ və Fransa güclərini birləşdirməli və hər kəs üçün ədalətli yolla problemi həll etməlidir, çünki biz burda danışanda orada insanlar ölür. Əliyevlə Sərkisyan arasında Vyanada keçiriləcək görüşə ABŞ Dövlət katibi Con Kerrinin də qatılması çox önəmlidir", - Poeden qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31