Sarkisyan Vyanaya gedir
14 May 2016 11:18 ProblemErmənistan prezidenti Serj Sarkisyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək.
Bu barədə Ermənistan prezident administrasiyasının ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Vyanada Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçriilməsi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi iə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31