Kişilər arasında sonsuzluq halları artıb

Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi artmaqdadır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın, 1/3-də isə həm kişi, həm qadın səbəbli olur. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əsassız boşanmalara və qalmaqallara rəvac verir. Odur ki, sonsuzluq müasir ginekologiyada aktual problemlədən hesab olunur. Hər mədəniyyətin özünə xas klassikləri vardır. Bizim mədəniyyətimizin ən əhəmiyyətli klassikləri arasında yeni evlənən cütlərə "uşaq nə vaxt olacaq?" sualını soruşmaq yer tutur. Uşaqsız keçən bir neçə ilin ardından artıq yaxın ətrafda "yəqin uşaqları olmur" səsləri yüksəlməyə başlayır. Bundan ən çox zərər çəkmiş olansa yenə, qadınlardır. Çünki bir cütün uşağı olmursa əvvəl qadın şübhəli vəziyyətə düşər. Halbuki uşağı olmayan cütlərdə problemin 30 - 50% kişidən qaynaqlanar. Kişilər qadınlarla müqayisədə çox da həssas deyillər. Ancaq söz mövzusu sonsuzluq olduğunda, kişilər də bir xeyli həssaslaşa bilir. Uşağı olmayan cütlərin 30 - 50% ində problemin kişidən qaynaqlandığı düşünüldüyündə haqsız da sayılmazlar. Kişidəki bu problemlərin səbəbi 30 - 40% faktda açıqlana bilməz. Sperma keyfiyyət və sayındakı pozuqluqların səbəbi tapıla bilmədiyində bir sıra təcrübi dərman müalicələri tətbiq olunardı. Ancaq bu müalicələrin hər hansı bir fəaliyyətinin olmadığı görüldü.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Aynurə Əmirova deyib ki, sonsuzluğun bir neçə səbəbi mövcuddur. İlk olaraq sonsuzluq birincili və ikincili olur. Birincili sonsuzluq qadının heç hamilə olmadığı zaman hesab olunur, ikincili sonsuzluq zamanı daha öncə hamiləlik olduqdan sonra təkrar hamiləlik baş vermir: "Qadın, kişi qarışıq və səbəbi məlum olmayan sonsuzluq ayırd edilir. Qadın sonsuzluğuna səbəblər müxtəlifdir: hormonal dəyişikliklər, boru-peritoneal faktor, uşaqlığın anadangəlmə inkişaf qüsurları və ya qazanılmış patologiyası, infeksiya amili. Kişi sonsuzluğunun əsas səbəbləri varikosel, infeksiya və spermatogenezin dəyişilməsidir". Mama-ginekoloqun sözlərinə görə, iri şəhərlərdə regionlara nisbətdə sonsuzluğun yayılma faizi daha yüksəkdir və bu daha çox yaş amili ilə bağlıdır: "Şəhərdə yaşayan qadınlar karyera qurulmasına zaman ayırıb ailə həyatı və dünyaya övlad gətirilmə vaxtını bir gədər dolğun yaşda planlaşdırır. Yaş faktoru qadın sonsuzluğunda əsas səbəblərdən biridir. Qadınlarda 35 yaşdan sonra yumurtalıqların fəaliyyətinin nisbətən zəifləməsi müşahidə olunur və sonsuzluq problemi daha tez rast gəlinir. Eyni zamanda regionlarda daha sağlam qidalanma və sintetik qida məhsullarından daha az istifadə olunur. Bu da öz növbəsində ümumi olaraq təsirini göstərir. Sağlam qidalanma və təmiz ekoloji durum sonsuzluğun yaranmasına nisbi təsir edən amillərdən biridir".A.Əmirova qeyd edib ki, son zaman kişi sonsuzluğunun qadın sonsuzluğuna nisbətdə daha da artması müşahidə olunur: "Kişi sonsuzluğunun yaranmasına əlavə təsir edən amillər: spirtli içkilərin istifadəsi və siqaret çəkməkdir. Bu amillər spermatogenez prosesinə öz mənfi təsirini göstərir. Sonsuzluq probleminin ildən-ilə artmasının səbəbləri çoxdur. Əsas səbəblərdən yanlış qidalanma, zərərli vərdişlərin olması, cinsi yolla yoluxan infeksiyaların artmasıdır. Ailə həyatı qurmadan öncə mütləq olaraq hər iki tərəf müayinə olunmalıdır. Bu sağlam ailənin təməlidir". Mama-ginekoloq bildirib ki, sonsuzluq problemi yaşamamaq üçün bəzən öncədən və vaxtında müayinə və müalicə olunmaq lazımdır. Sonsuzluğun müalicəsi mümkündür: "Səbəbi müəyyən olunduqdan sonra artıq müalicə istiqaməti təyin olunur. Bir neçə il öncə sonsuzluğun yeni müalicə üsulu istifadə olunmağa başlanıb. Boruları bağlı olan qadınlar indi artıq hamilə qala bilərlər. Bu da müasir ginekologiyada ekstrakorporal mayalanma üsulu ilə mümkündür. Bu müalicə zamanı yumurta hüceyrəsi hormonal dərmanlar təsiri ilə yetişdirilir və bədəndən kənarda laboratoriya şəraitində kişi hüceyrəsi ilə mayalandırılır. Bir neçə gün sonra hazır embrion uşaqlıq daxilə yerləşdirilir. Bu üsulla artıq çox sayda cütlüklər övlad sahibi olub. Lakin bu müalicə üsulu 100% hallarda effektiv olmur. Müalicənin nəticəsinə bir neçə amillər təsir edir. Ən əsas səbələrdən yaş faktoru, embrionun keyfiyyəti və uşaqlıq amilidir. Çox təəssüf ki, sonsuzluq səbəbi ailə dağılmasının əsas səbəblərindən biridir. Bunun qarşısını almaq üçün vaxtında müvafiq tədbirlərin aparılması vacibdir. Hər bir insan quracağı ailənin sağlamlığı barədə düşünüb öz bədəninə və sağlamlığına zərər verə biləcək addımlardan çəkinməlidir. Vaxtında həkimə müraciət edib lazım olan müayinələrdən keçməlidir". Maraqlıdır, bəs kişilərdə sonsuzluq hansı səbələrdən yaranır? Mütəxəssilərin rəyinə görə, kişidəki sonsuzluq səbəblərini 2 ana qrupda yığmaq mümkündür. Bunlardan birincisi sperma istehsal pozuqluqlarıdır ki, bu zaman kişi sonsuzluğu hadisələrində spermanın istehsal və yetkinləşmə pozuqluqları ən sıx rast gəlinilən vəziyyət hesab olunur. İstehsal pozuqluğu sperma sayından qaynaqlana bilər. Qadın yumurtasının döllənməsini maneə törədən sperma hərəkətlərinin zəifliyi və ya sperma şəkillərinin (morfologiya) anormallığı ilə də əlaqədar ola bilər. Kişinin spermasının normal qəbul edilə bilməsi üçün sayının ən az 20 milyon/ml, hərəkətli sperma nisbətinin 30% və strukturca olaraq normal sperma nisbətinin 4% ün üzərində olması lazımdır. Sperma dəyərlərinin yuxarıda ifadə edilənin altında olması halında təbii yollardan hamiləlik əldə edilməsində diqqətə çarpan çətinliklər yaşanmağa başlanar. Bir çox faktor spermiogenezi (sperma hüceyrələrinin istehsalı və yetkinləşməsi) mənfi təsir edə bilər. Bunlar aşağıdakılardır: İltihabı xəstəliklər- bəzi bakteriya və viruslar kişidə yumurtalıq iltihabına səbəb olar. Yumurtalıqlarından iltihabı bir xəstəlik keçirən kişilərin təxminən 25% ində sonsuzluq problemi meydana gələr.Hormon pozuqluqları- sperma və kişilik hormonu olan testosteron hormonunun istehsalı beyin sapından ifraz olunan iki hormon (folicle stimulating hormon və luteinizing hormon) tərəfindən nəzarət edilər. Bu hormonların aşaği düşməsinə aid pozuqluqlar kişi sonsuzluğunun 2 - 5% i təşkil edər. Ekoloji problemlər- xərçəng müalicəsi üçün istifadə edilən şüa və dərmanlayar sperma istehsalını poza bilər.


Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31