Lənkəranda yanğına görə 5 mərtəbəli binanın sakinləri təxliyyə edildilər

Hadisə zamanı xəsarət alan olmayıb.

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin dəhlizində qapı və mətbəxinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31