Masallıda torpaqları zəbt edən məmur mafiyasının yeni himayədarları peyda olub

Torpağın sənədlərini Rüstəm Şahbazov və Möhma Heraçiyev saxtalaşdırıbmış

Masallı rayonunun Qəriblər kəndində icra nümayəndəliyinin inzibati binası və vətəndaşların torpaq sahəsini zəbt edən Qurban Həşimovla bağlı yeni faktlar aşkarlanıb. Bu barədə "OLAYLAR"a kənd sakini, "Turan" firmasının rəhbəri  Səbirə Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, Qurban Həşimov aidiyyəti qurumlara sığınacaq yerinin olmaması barədə məlumat versə də, onun yalanları üzə çıxıb. Məlum olub ki, Qurban Həşimov məcburi köçkün adından istifadə edərək bir çox əraziləri zəbt edib: "Araşdırmalarımız zamanı məlum oldu ki, Qurban Həşimova  məcburi köçkün kimi Beyləqanda Haramı düzü adlanan ərazidə, prezidentin sərəncamı ilə məcburi köçkünlər üçün inşa edilən 7 saylı qəsəbədə bir neçə ev verilib. Buna baxmayaraq Qurban Həşimov Masallı rayonunda vətəndaşların torpaq sahələrini və inzibati binaları zəbt edir. Araşdırmalar zamanı məlum oldu ki, Qurban Həşimova himayədarlığı birbaşa Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və komitənin şöbə müdiri Möhma Heraçiyev edib. Həmin şəxslər adıçəkilən 1 hektar torpaq sahəsinin vətəndaşların və bələdiyyənin  mülkiyyətində olmasına baxmayaraq saxta sənədlərlə Qurban Həşimovun adına rəsmiləşdirib. Həmin torpaq sahələrinin bələdiyyə və vətəndaşların mülkiyyətində olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17-10/1168 saylı 08.12. 2009-cu il tarixli məktubu, komitənin Masallı şöbəsinin 04.02.2009-cu il tarixli aktı, Qəriblər bələdiyyəsinin 25.02.2009-cu il tarixli məktubu, Reyster Xidmətinin Masallı rayon şöbəsinin 23.02.2009-cu il tarixli aktı və 27.02.2009-cu il tarixli məktubu  var. Amma, Rüstəm Şahbazovun yaxın qohumu olan, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin rəisi Qalib Xudaverdiyev komitənin şöbə müdiri Möhma Heraçıyevlə birləşərək Əmlak Məsələləri Dövlət Komitəsində saxtakarlıq edib həmin torpaq sahəsini satıb". Səbirə Mirzəyeva bildirir ki, torpaq islahata gedərkən Qəriblər ərazisində 181,83 hektar
saxlanılıb ki, həmin əraziyə Qurban Həşimova satılan ərazi aid edilməyib. Dövlət mülkiyyətində saxlanılan torpaq sahələrinin 170,50 hektarı Viləşçay su dəryaçasının, 8,89 ha Viləş çayının, 2,44 ha isə Masallı-Yardımlı yolu ətrafındakıdır. Qalan torpaq sahələri isə bələdiyyə mülkiyyətindəki örüş və vətəndaşlara verilən pay torpaq sahələridir. Bu faktlar rayonun sputnik xəritəsində də əksini tapıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31