Daha bir erməni vandalizmi-qəbirləri dağıtdılar
28 Aprel 2016 06:03 ProblemErmənistanın atdığı top mərmiləri nəticəsində Tərtərdə qəbirlər dağılıb
Ermənistan silahlı dəstələri son 3 gün ərzində Azərbaycanın təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
"Report" xəbər verir ki, Tərtər rayonu ağır artilleriya qurğularından atəşə tutulan zaman top və qrad mərmilərindən bir neçəsi Qarağacı kənd məzarlığına düşüb. Kənd icra nümayəndəsi Lətif Əliyevin verdiyi məlumata görə, 21 məzara ziyan dəyib. Qəbirlərdən 3-ü tamamən dağılıb, 18 qəbr qismən zərər çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31