Diqqət: Cəbhədəki son vəziyyətlə bağlı rəsmi məlumat


Diqqət: Cəbhədəki son vəziyyətlə bağlı rəsmi məlumatErmənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir.Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: "Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31