Cəbhədən son xəbər – Artilleriya döyüşləri bərpa olundu
26 Aprel 2016 22:45 ProblemAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir. Musavat.com-un cəbhə bölgəsindəki mənbələri xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.
Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.
Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31