Müdafiə Nazirliyindən Tərtər AÇIQLAMAsı

Cəbhənin Tərtər istiqamətində hazırda vəziyyət sabitləşib.Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.Qurum rəsmisi deyib ki, ötən gecə ermənilərin Tərtər şəhərini ağır artilleriyalardan atəşə tutması nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Onlardan 19 evə qismən ziyan dəysə də, 1 ev ciddi zədələnib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.V. Dərgahlı bildirib ki, Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə layiqli cavab zərbələri endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31