Qarabağda öldürülən ermənilərin sayı yenə ARTDI

Ermənistanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" zamanı həlak olan hərbçilərin sayı ilə bağlı yeni siyahı yayıb.Milli.Az aravot.am-a istinadən bildirir ki, Yerevanın rəsmi açqılamasına görə, hərbi əməliyyatlarda Ermənistanın 64 hərbi qulluqçusu, habelə Ermənistandan olan 13 könüllü həlak olub.Onlar arasında 15 zabit, 15 müqavilə əsasında xidmət edən (MAXE), 34 əsgər, 11 könüllü, 2 ehtiyatda olan hərbi qulluqçu var.Kapitan Argişti Qaboyan hələ də tapılmayıb. Azərbaycan ordusunun zərbələri nəticəsində cəbhədən bir qədər kənarda Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi, 2 könüllü, habelə Ermənistandan Dağlıq Qarabağa yollanmış 4 erməni həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31