Ermənilər atəşə başlayıb - SON VƏZİYYƏT
6 Aprel 2016 22:26 ProblemQoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.
AZƏRTAC-a istinadən xəbər verir ki, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.
Saytın əməkdaşlarının kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib.
Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31