Parisi qana boyayan erməni terrorçubaşı Qarabağa gəldi
6 Aprel 2016 09:47 ProblemASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyan Qarabağa gəlib.
azvision.az bildirir ki, o, yaydığı videomüraciətdə dəstəsini toplayaq gəldiyini, türklərdən qisas alacağını deyib. "Böyük Ermənistan" mifindən başı dumanlanan terrorçu hədyan danışmaqdan çəkinməyib, həmişəki "Qarabağ bizimdir" havasını çalıb.
Livan ermənilərinin Axbar ləhcəsilə danışan terrorçunun Qarabağa hər hansı bağı ola bilməz. Maraqlı budur ki, elə onun özü kimi terrorçu olan Ermənistan hakimiyyəti Sislyanın Qarabağa necə gəlib çıxdığını necə şərh edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31