Azərbaycan Müdafiə Nazirliyi: Cavab çox sərt olacaq

Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın Ağdam rayonunun Ora Qərvənd kəndinin iki dinc sakini yaralanıb.

Bunlar 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğludur. Yaralılare baş nahiyələrindən xəsarət alıblar.

Hər iki sakin Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb. (APA)

*   *   *23:52

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31