Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərildi
4 Aprel 2016 10:08 ProblemYunanıstan hökuməti Avropa İttifaqı ilə rəsmi Ankara arasında imzalanmış sazişə əsasən, miqrantların Türkiyəyə göndərilməsinə başlayıb. report bildirir ki, artıq Lesbos adasından ilk miqrant partiyası yola salınıb. Türkiyənin Dikili limanına istiqamət alan iki qayıqda 131 nəfər var.Qeyd edək ki, bu gündən Türkiyə ərazisindən qanunsuz yolla Avropaya keçmiş miqrantların suriyalı qaçqınların əvəzinə qardaş ölkəyə qaytarılması barədə Türkiyə-Aİ sazişi qüvvəyə minib. Qeyri-leqal miqrantların suriyalı qaçqınlarla mübadiləsi "birin-birə" prinsipi əsasında həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31