Spiegel erməni yalanları yayır

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş zonasında hərbi əməliyyatların intensivləşməsi barədə məlumat yayan Almaniyanın "Spiegel Online" nəşri naqis üsullara əl ataraq öz oxucularının hissləri ilə oynayır, bu münaqişədə kimə rəğbət bəsləməyi onlara təlqin edir. Nəşr auditoriyasının məlumatlı olmayan hissəsini belə məlumatlandırır, məlumatlı hissəsinə isə xatırladır ki, "xristian ermənilər" yaşayan Dağlıq Qarabağ "müsəlman Azərbaycanı" daxilində anklav kimi yerləşib . AZƏRTAC  bildirir ki, Azərbaycan jurnalistləri, diplomatları, ekspertləri, elm və mədəniyyət xadimləri dəfələrlə Qərbdəki həmkarlarını, xüsusən jurnalistləri diqqəti münaqişə tərəflərinin dini mənsubiyyəti üzərində cəmləşdirməməyə çağırıblar. Bu, dini deyil, dövlətlərarası münaqişədir. Mahiyyətini də bir ölkənin digərinə ərazi iddiası təşkil edir. Din keçmiş SSRİ ərazisindəki bir sıra digər münaqişələrdə heç bir rol oynamadığı kimi, bu münaqişədə də heç bir əhəmiyyət daşımır.Almaniyalı həmkarlarımızı bir daha bu yanlış təcrübədən imtina etməyə və oxucularını aldatmamağa çağırırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31