Gürcüstanın baş naziri Qarabağ üzrə müşavirə çağırdı
3 Aprel 2016 23:56 ProblemGürcüstanın baş naziri Giorgi Kvirikaşvili xarici işlər, müdafiə, daxili işlər və təhlüksizlik nazirləri, komitə sədrləri, müvafiq qurumlar və parlament komitələri rəhbərləri ilə müşavirə keçirib.Virtualaz.org baş nazirin mətbuat xidmətinə istinadən bildirir ki, toplantıda Dağlıq Qarabağda vəziyyətilə bağlı muzakirələr aparılıb.Əvvəlcə Dağlıq Qarabağda vəziyyətlə bağlı məlumat dinlənilib. Sonra G. Kvirikaşvili mülki əhali arasında itkiyə səbəb olan vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası ilə bağlı narahatlığını bildirib. Baş nazir regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb eden vəziyyətin kəskinləşməməsi istiqamətində beynəlxalq ictimaiyyətin səylərinin müsbət nəticəsinin mümkün olacağina ümid etdiyini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31