"Heç vaxt "Səs Azərbaycan"ın rəhbəri olmamışam"
10 Mart 2016 18:24 ProblemMurad Dadaşov "Səs Azərbaycan" layihəsində adının çəkilməsinə aydınlıq gətirib. Qafqazinfo.az bildirir ki, teleaparıcı-prodüser açıqlamasında bildirib ki, sözügedən layihənin rəhbəri elə ilk gündən Xəyal Qayıbov olub: "Mən heç vaxt "Səs Azərbaycan"ın rəhbəri olmamışam. Belə bir şey yoxdur. Bu layihə ilə əvvəlcədən AzTV və Xəyal Qayıbov məşğul olub. Sadəcə, müəyyən məsləhətləşmələr olub, məni də dəvət etmişdilər. Ancaq məsləhətçi kimi iştirak etmişəm. Elə ilk gündən Həsən Abdullayev və Xəyal Qayıbov bu işin içində idilər. Hətta layihə başlayanda aparıcı kimi məni də çağırmışdılar. O vaxtlar başqa layihələrim var idi. Bu səbəbdən iştirak edə bilmədim. Gəlib povilyon seçimlərində də iştirak etdim. Uzun müddətə layihə apara bilməzdim, çünki xaricə müəyyən səfərlərim olur".
Murad Dadaşov "Səs Azərbaycan"la bağlı fikirlərini də bölüşüb:
"Bu layihə yeni səhifənin açılışına imza atdı. Çox maraqlı bir müsabiqə, fərqli iş idi. Bizim tamaşaçılar keyfiyyətli layihələrə acdır. Azərbaycanlı tamaşaçı indiki TV-lərdən daha yaxşılarına layiqdir. Savadımız və imkanımız yüksəksdir. Məncə, heç vaxt gec deyil. Sadəcə olaraq, layihələr davamlı olsun, bir mövsümdən sonra bağlanmasın".
Qeyd edək ki, "Səs Azərbaycan" layihəsinin əvvəlcə Murad Dadaşova verilməsi barədə xəbər yayılmış, prodüser "Got Talant" layihəsinin Azərbaycan versiyası üzərində çalışdığı üşün bundan imtina etmişdi.
Layihə daha sonra AzTV rəhbəri Arif Alışanovun kürəkəni Xəyal Qayıbova tapşırılmışdı.