TQDK-nın nəşrlərinin saxta nümunələrinin çapında kimlər maraqlıdır? XƏBƏRDARLIQ

Faktı ört-basdır etmək üçün saxtakar qrupa xəbərdarlıq edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) nəşr etdirdikləri test kitablarının saxta nümunələrinin müəyyən qüvvələr tərəfindən qeyri-qanuni yollarla çapı və  onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışının təşkili barədə məlumat yayıb. Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verildiyini deyən komissiya rəhbərliyi materialların məzmununun belə təhrif edildiyini bildirib. "OLAYLAR"a daxil olan məlumata görə, həmin saxta nümunələrin hazırlanması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşlarından ibarət qrup tərəfindən himayə edilir. Məlumata görə, TQDK-nın çap etdirdiyi testlərin sxemi həmin şəxslər tərəfindən götürülərək kənara çıxarılır və nümunələri saxtalaşdıran qrupa verir. Həmin qrup da bu materialları çap etdirərək satışa çıxarır. Mənbənin dediyinə görə, saxta nümunələrin satışı da TQDK əməkdaşlarının icazəsi ilə həyata keçirilir. Lakin, fakt aşkarlandığından qurum məsuliyyətdən yayınmaq üçün məsələdən boyun qaçırıb və bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Mənbənin məlumatına görə, saxta nümunələrin TQDK-nın  nəşr evindən çıxarılması məlumatı kənara çıxdığından qurum məsələni ört-basdır etmək üçün bu addımı atıb və saxta testlər hazırlayan qrupa bu barədə xəbərdarlıq da edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31