«Xocalını tanıtım gecəsi"

Əhməd Yasəvi Universitetində tədbir keçirilib

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən düz 24 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı 26 fevral - Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Bu baxımdan Qazaxıstanın Türküstan şəhərində yerləşən Əhməd Yasəvi adına Universitetdə təhsil alan tələbələr də istisna deyillər. Azərbaycanlı tələbələrin fevral ayının 26-da təşkil etdikləri "Xocalını tanıtım gecəsi" universitetin müəllim və tələbə heyəti tərəfindən rəğbətlə qarşılanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31