Xocalı soyqırımına etinasızlığın arxasında dini faktor dayanır

Azərbaycan müsəlman ölkəsi olduğu üçün Qərb dövlətləri torpaqlarımızın işğalına, azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasına laqeyd yanaşır. Dünyanın Xocalı soyqırımına qarşı etinasızlığının arxasında ilk növbədə dini faktor dayanır.Onun sözlərinə görə, biz istəsək də, istəməsək də, dünya soyqırım və işğal məsələlərinə ikili standartlarla yanaşır: "Hamımız pərdəarxası çox "oyunlar"ın baş verdiyini də bilirik. Əslində söhbət xristian və müsəlman dünyasının qarşıdurmasından gedir. Qərb ölkələri Gürcüstanda 2008-ci ilin avqustundakı proseslərdə, daha sonra Ukraynada işğal faktoruna qarşı öz gücünü göstərdi. Azərbaycan isə müsəlman ölkəsi olduğuna görə bizə qarşı biganəlik, soyuqluq var".

Lakin Ş.Sabiroğlu bunun uzun müddət belə davam etməyəcəyi qənaətindədir: "Mən düşünmərəm ki, elə beləcə də davam edəcək. 21-ci əsr türk dünyasının əsridir. Düşünürəm ki, dünya nəhayət, haqqın, ədalətin tərəfində olacaq və dünyanın tərəqqipərvər insanları Xocalı soyqırımının tanınması üçün bizim haqq işimizə dəstək verəcəklər".

Təşkilat sədri hesab edir ki, Xocalı soyqırımının dünyaya tanıdılması üçün hər bir azərbaycanlı əlindən gələni əsirgəməməlidir: "Biz, Azərbaycan vətəndaşları olaraq dövlət başçısının Xocalı soyqırımı üzrə yeritdiyi siyasi xətti, eyni zamanda birbaşa Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və vitse-prezidenti Leyla Əliyeva tərəfindən görülən işləri müdafiə edirik. Lakin biz bundan arxayınlaşmamalı və kifayətlənməməliyik. Hərə öz sahəsində bacardığı qədər çalışsa, bu işlər mütəmadi davam etdirilsə, nəticə də mütləq olacaq və böyük uğurlara nail olacağıq. Sadəcə olaraq, yatmamalı, daim çalışmalıyıq, maddi imkanı olanlar da,  ziyalılar da öz  imkanlarından bacardıqları qədər maksimum istifadə etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31