Bakıda keçilməsi mümkünsüz yol yük maşınını aşırdı

Bakının Binəqədi rayonunda keçilməsi mümkün olmayan yol var.Oxucunun Milli.Az-a verdiyi məlumata görə, Rəsulzadə prospektindən Biləcəri qəsəbəsi istiqamətində gedən yol bərbad vəziyyətdədir. Yolda yük maşınlarının intensiv hərəkəti küçəni bərbad vəziyyətə salıb. Yağışlı havalarda yolda yaranmış gölməçələr isə vəziyyəti daha acınacaqlı həddə çatdırır. Oxucu yolun vəziyyətini göstərən fotoları da Milli.Az-a göndərib. Fotolardan da görünür ki, yolun vəziyyəti yük maşınları üçün də keçilməzdir. Hətta yük maşını çalaya düşərək aşıb.əsələ ilə bağlı "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Bakıətrafı yolların təmiri nəzərdə tutulub. Konkret həmin yolun nə vaxt əsaslı təmir olunacağı məlum deyil. Cəmiyyət rəsmisinin sözlərinə görə, həmin yolda ayrı-ayrı vaxtlarda cari təmir işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31