Rusiya-Azərbaycan sərhədində gərginlik: nə baş verir?
19 Fevral 2016 07:01 ProblemAzərbaycan-Rusiya sərhədində 2 minə yaxın insan ölkəyə gəlməkdə çətinliklə üzləşib.
"Report" xəbər verir ki, buna Dağıstanda yayılan "Donuz qripi" ilə əlaqədar aparılan ciddi yoxlamaların səbəb olduğu bildirilir.
Rusiyadan Azərbaycana gələn insanlar Dağıstanın Yaraq Qazmalar buraxılış məntəqəsini asanlıqla keçdiklərini, yalnız Azərbaycan tərəfdə çətinliklə üzləşdiklərini qeyd ediblər. Onlar soyuq hava şəraitində 10 saatdan çoxdur sərhəddə qaldıqlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31