Tolik: "Onda bəzi müğənnilər heç həyatda yox idilər"
Prodüser Tolik keçmişdən fotolar paylaşıb
1 Fevral 2016 18:04 ProblemMilli.Az xəbər verir ki, tanınmış prodüser Tolik İnstagram səhifəsində keçmişinə aid olan şəkillər paylaşıb. İstirahət zamanı, müğənni dostları ilə və o cümlədən uşaqlıq vaxtlarının fotolarını paylaşan prodüser atmaca şərhlərlə də yadda qalıb. Tolik uşaq vaxtlarından olan şəklin altından: "Əslində mən uşaq vaxtlarımdan şou-biznesdəyəm. Sadəcə o vaxt, sovet vaxtlarında, şou-biznes yox idi. Qaraçuxurda hər il Yeni ildə bir obrazda olurdum. Bu isə cırtdan obrazımdır. Onda bəzi müğənnilər heç həyatda yox idilər", - yazıb.
Həmin şəkilləri təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


