"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyaya şərtlər geri götürüldü

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı sərəncam imzalayıb. AzərTAc  bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №1, maddə 11) ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlər geri götürülsün".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31