Goranboyda Kükürdlü sular yandı
19 Aprel 2012 12:39 ProblemMilli.Az "Kanal S" televiziyasına istinadən xəbər verir ki, Goranboy rayonunun Goran qəsəbəsi yaxınlığında Kükürdlü sularda yanğın hadisəsi qeydə alınıb. "Kanal S"in Qarabağ bürosunun xəbərinə görə, yanan sularda müşahidə olunan alov yaxınlıqdakı qamışlığa doğru irəliləyib.
Yanğın ərazidən keçən Bakı-Ceyhan neft kəməri üçün də təhlükə yaradıb. Hadisə yerinə dərhal müvafiq qurumların əməkdaşları cəlb olunub. Yanğının qarşısı vaxtında alındığından əraziyə heç bir zərər dəyməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31