Türkiyə səfirliyi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə APA-ya səfirlikdən bildirilib. "Azərbaycanın yetişdirdiyi məşhur xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini eşitdik. Ona Allahdan rəhmət, ailəsinə, sevənlərinə və Azərbaycan xalqına başsağlığı diləyirik", - deyə başsağlığı mesajında qeyd olunur. Xatırladaq ki, yanvarın 9-da Azərbaycan xalq şairi Zəlimxan Yaqub dünyasının dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31