Metroda problem yaranıb
15 Oktyabr 2012 13:07 ProblemBu gün səhər saatlarında Bakı Metropolitendə qatarların hərəkətində problem yaranıb. SİA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, Bakı Metropoliteninin Həzi Aslanov-İçərişəhər stansiyaları üzrə hərəkət edən qatar Koroğlu-Ulduz stansiyaları arasında tuneldə qalıb. Qatar 20 dəqiqə ərzində tuneldə gözləməyə məcbur olub. Bu isə sərnişinlərdə narahatlıqla bərabər qorxu hissinin yaranmasına də səbəb olub. Sürücü qatarın tuneldə qalmasını müəyyən texniki səbəblərl əlaqələndirib və narahat olmamağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31