Biləsuvarda məktəb direktoru Təhsil Nazirliyini necə aldadır?

Müəllimlər direktordan təhsil nazirinə şikayət etdilər

Qəzetimizin ötən saylarında Biləsuvar rayonunda təhsil sahəsində baş verən nöqsanlar, xüsusilə Ovçubərə kənd tam orta məktəbindəki qanunsuzluqlar barədə məlumat vermişdik. Belə ki, Biləsuvar Rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbin müəllimləri Anar İmanov, Rasim Əmirov və Qalabəy Əmirov ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək təhsil ocağında baş verən nöqsanlar, eləcə də külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi faktının araşdırılması, bu işdə günahı olanların cəzalandırılmasını xahiş etmişdilər. Bu günlərdə isə qeyd olunan şəxslər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ərizə ilə müraciət ediblər. Müraciət müəllifləri Rayon İcra Hakimiyyətinin başçısını xəbərdar edirlər ki, İ. İsmayılov adına Ovçubərə kənd tam orta məktəbin direktorunun məktəbdəki qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərinə və digər aidiyyatı orqanlara müraciət etməsindən qəzəblənən direktor onların hər biriindən ayrı-ayrılıqda qisas alacağını və qadınlığından istifadə edib onları şərləyəcəyini bildirib: "Bu səbəbdən biz müəllimlər 18 dekabr 2015-ci il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinin nın polis rəisi Ə. Səfərov və Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri B. Kazımova rəsmi şəkildə müraciət etmişik. Bu hadisədən bir gün sonra, yəni 19 dekabr 2015-ci il tarixdə məktəbin direktoru bu çirkin planını həyata keçirib. Belə ki, 19 dekabr 2015-ci il tarixində direktor məktəbdə Hüseyn adlı kənd sakininin şikayət müəllifləri ilə mübahisəsi və savaşmasına yol açan təxribat hazırlayır. Nəticədə müraciət müəllifləri ilə kənd sakini Hüseyn arasında ciddi qarşıdurma olur. Baş verən hadisə barədə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevi məlumatlandıran müraciət müəllifləri məktəbdə diversiya xarekterli işlərlə məşğul olan direktor M. Şahverənova haqqında ciddi ölçü götürülməsini xahiş edirlər: "Hazırda isə məktəbin müavini Anar İmanov haqqında şantaj və şərləmə xarakterli təxribat işləri aparılır. Direktor yeddi il onula çiyin-çiyinə işləyən , pedaqoji fəaliyyəti zamanı müəllimlər arasında daim mehribançılıq yaradan müavini Anar İmanov haqqında da bu cür hərəkət etməsi bilavasitə onun qanunsuz əməllərini üzə çıxarmasından irəli gəlir". Qeyd edək ki, sözügedən şəxslər məktəbdə baş verən qanun pozuntuları barədə təhsil naziri Mikayıl Cabbarova da müraciət ediblər. Təhsil nazirinə ünvanlanmış müraciətdə isə qeyd edilir ki, son 15 gün ərzində nazirliyə və Biləsuvar Rayon Təhsil Şöbəsinə ünvanlanan şikayət ərizələrinə baxmayaraq qeyd edilən problemin həlli istiqamətində heç bir ciddi addım atılmayıb: "Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbin direktoru M. Şahverənova hələ də öz qanunsuz əməllərinə , özbaşınalığına və hegamonluğuna davam etdirir. Biləsuvar Rayon Təhsil Şöbəsindan göndərilmiş
nümayəndəyə əhəmiyyət vermədən , bu günə kimi illərlə seyfdə saxladığı attestatları, əmr kitabını ona verməkdən imtina edir. Qanunsuz fəaliyyətə məktəbdə uşaq alveri ilə başlayan direktor "məktəb mənimdi özüm bilərəm , mən yuxarılara haqq verirəm" deyərək öz çirkin əməllərindən əl çəkmir. Məlumat üçün qeyd edək ki, 2014-2015-ci tədris ilində direktor M.Şahverənova maliyyə pozuntusu ilə gündəmə gəlib. Belə ki , seçkidə olan müəllimlərə dərs keçdirərək onların sinif jurnalını yazmasına şərait yaradıb və bununla da külli miqdarda pul mənimsəyib. Göstərilən faktlar öz təsdiqini tapsa da bununla bağlı heç bir ciddi addım atılmayıb. Həmçinin Nazirlər kabinetinin qərarina əsasən əvəzetmə yolu bir müəllim bir həftə ərzində ikinci iş yerində 6 saat , yəni il ərzində 240 saata qədər dərs yükü apara bilər. Amma buna baxmayaraq il ərzində məktəb direktoru illik planı artıq norma ilə yerinə yetirərək bir həftə ərzində bu göstəricini 24 saata çatdırıb. Bunu bir tədris ili üçün hesablasaq yüksək bir məbləğ alınır. Direktor 2015-2016-ci tədris ilində Təhsil Nazirliyini aldadaraq vakansiya üçün 10 saat dərs yükü ayırıb. Ancaq bu dərs yükünü müəllim gələn şəxslə sövdələşərək 23 saata çatdırıb. 2015-2016-cı tədris ilində deputat seçkiləri zamanı əvəzetmə yolu ilə bir müəllim seçkidə olan müəllimin həftəlik dərs yükünü əvəz edib , bu dərsin əmək haqqını isə digər müəllim alıb. Bundan nəticə çıxarmaq olar ki, respublikamızda mütəmadi keçirilən seçkilər direktorumuzun çörək ağacıdır. Noyabr ayından başlayaraq isə məktəblər qış rejiminə keçir. Bununla əlaqədar olaraq müəyyən məktəblərdə istilik sistemi olmadığı üçün sinif otaqlarını isitmək üçün odun , neft yanacağı və qızdırıcı soba verilir. Məktəbimizə 9 m3 odun, neft yanacağı və biri 45 azn olmaqla 17 soba verilməli idi. Çox təəssüf hissi ilə bildirmək istərdik ki, qızdırıcı soba və onun boruları ilə yanaşı odunun yüzdə biri məktəbə gəlməyib. Məktəbə gələn odun bir "Qazel" markalı yük maşının yarı hissəsindən də az olub. Neft ölkəsi olan ölkəmizdə məktəb müəllimlərimiz neft alaraq sinif otaqlarındakı sobanı alışdırmağa çalışırlar . Maraqlıdır, ya bizim rayonda məktəblərə odun verənlərin metri əskik göstərilir, ya da bizim məktəbdə odun yeyən insanlar mövcuddur. Bizi bir sual düşündürür. Altı yaşlı birinci sinif şagirdləri büzüşərək soyuq partada oturduqları zaman onların haqqını yeyən "odun yeyən insanlar" nə vaxta qədər bu haqsızlıqları edəcəklər ?. Cənab prezidentimizin biz müəllimlər və şagirdlər üçün ayırdığı odunun istisinə qızına bilməyəcəyikmi?". Müraciət müəllifləri onu da qeyd ediblər ki, direktor 2014-2015-ci tədris ilinin sonunda bir ibtidai sinifin dərs yükünü iki müəllimin adına yazaraq mənimsəyib: "Bu fakt öz təsdiqin tapıb. Həmçinin ibtidai siniflərdə fiziki tərbiyə fənni bir qayda olaraq sinif müəllimi tərəfindən tədris edilməlidir. Ancaq bizim məktəb direktorumuz bunun qəribə həlli yolunu tapıb. Sinif müəllimlərindən müxtəlif yollarla , guya "könüllü" razılıq ərizəsi alaraq öz məqsədləri üçün istifadə edir. Bundan başqa fiziki tərbiyə
fənnini tədris edən müəllim direktorun yaxın qohumu olduğu üçün həmin fənində olan vakansiya saatları gizli saxlanılır. Direktorumuzun dediyinə görə məktəbimizdə olan maraq dərnək dərslərinin haqqı "yuxarıya" verildiyi üçün keçirilmir. Eyni zamanda maraq, dərnək və seçmə fənlər üzrə dərs yükü direktorun maraqlarına uyğun şəkildə müəllimlər arasında qeyri -bərabər bölünüb. Sadəcə maaş cədvəlində müəllimlərin adına yazılıb, əmək haqqı alınanda "yuxarılar" adina direktor tərəfindən məcburi şəkildə toplanılır. Ən maraqlısı odur ki, lobaratoriyası olmayan məktəbimizdə lobarant ştatı fəaliyyət göstərir". Bütün bunlara etiraz edən müəllimlərə qarşı direktorun təzyiqlər göstərdiyini qeyd edən müraciət müəllifləri M.Şahverənovanın onları təhqir etdiyini, şərəf və ləyaqətlərinin alçaldıldığını yazırlar. Müraciət müaəllifləri təhsil naziri Mikayıl Cabbarovdan Ovçubərə məktəbində baş verən qanunsuzluqların aradan qaldırılmasını xahiş edirlər.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31